Veb-saytın hazırlanması xidməti neçəyədir?
Qiymət dizayn, səhifə sayı və funksionallıqdan asılıdır. Sadə saytlar 500 AZN-dən başlayır, kompleks layihələr isə ayrıca hesablanır.
Sayt təhvil verildikdən sonra 3 ay müddətində yaranan texniki problemlər bizim tərəfdən ödənişsiz həll olunur. Əlavə yeni funksionallıqlar bu dəstəyə daxil deyil, lakin mövcud sistemdə problem demək olar ki, yaranmır.
Veb-saytın hazırlanma müddəti funksionallığından və mürəkkəbliyindən asılıdır. Sadə saytlar adətən bir aya, daha geniş funksiyalı layihələr isə bir neçə aya tamamlanır.
Bəli, sayta sonradan yeni funksiyalar əlavə etmək və dizaynını dəyişmək mümkündür. İstənilən yeniliklərə uyğun olaraq sayt genişləndirilə və modernləşdirilə bilər.
Sayt təhvil verildikdən sonra idarə prosesi sadə dildə izah ediləcəkdir. Bu sayədə məzmun əlavə etmək və yeniləmək rahat şəkildə mümkün olacaq.