SEO xidməti

Biznesinizin problemlərini tapaq
Biznesinizi təhlil edib, zəif nöqtələrini müəyyənləşdirir,
onların aradan qaldırılması üçün ən uyğun həlləri təklif edirik.
SEO xidməti

Formu doldur

SEO analizini aparmaq üçün sayt və lazımi məlumatlar xüsusi formaya daxil edilir.

SEO təklifləri

Sayt detallı analiz edilərək problemlər müəyyənləşdirilir və uyğun həllər tapılır.

Təklif al

Sayt haqqında təkliflər e-mail vasitəsilə təqdim olunur.

SEO xidməti üçün niyə Markol?

Markol
Markol komandası SEO (Axtarış Sistemlərinin Optimizasiyası) sahəsində 10 illik təcrübəyə malik peşəkar komandadır.

Biz işlədiyimiz bütün layihələrdə müştərilərimizi “Google”da ən üst sıralara çıxarmağı bacarmışıq.

Yerli və xarici bazarlarda topladığımız zəngin təcrübələr sayəsində müştərilərimizə yalnız nəzəri həllər deyil, ölçüləbilən konkret nəticələr də təqdim edirik.

Hər bir müştəriyə nəticəyönümlü yanaşır, biznes hədəflərini real uğurlara çeviririk.

SEO xidmətimizlə veb saytınızın həm trafkini, həm də satışlarını davamlı şəkildə artırın.

SEO xidməti mərhələləri

  • SEO auditi
  • Strategiya qurulması
  • Texniki SEO
  • Açar söz analizi
  • Rəqib analizi
  • On-page SEO
  • Kontent optimizasiyası
  • Off-page SEO
  • Aylıq hesabat

Biznesini Google-da SEO ilə reklamsız 1-ci sıraya daşımağa hazırsan?

SEO xidməti biznesinə nə qazandıracaq?

Satışları artıracaq

Məhsul və xidmətlər potensial müştərilərin önünə çıxacaq.

Büdcəyə qənaət ediləcək

Reklam xərclərindən azad olacaqsan.

Brendin tanınmasını artıracaq

Həm yerli, həm də beynəlxalq bazarda tanınma şansı verəcək.

Potensial müştərilərin sayta keçidini yüksəldəcək

Daha çox müştəri saytı ziyarət edəcək.

Yeni müştəriləri biznesin alıcısına çevirəcək

Saytı ziyarət edən hər yeni müştərinin alıcı olma şansı artacaq.

Bazar payını artıracaq

Biznesin rəqiblərdən önə keçəcək.

Saytı axtarışlarda 1-ci sıraya daşıyacaq

Sayt axtarış nəticələrində ön sıralara reklamsız çıxacaq.

Uzunmüddətli nəticələri təmin edəcək

Qısamüddətli deyil, uzunmüddətli və davamlı fayda gətirəcək.

Analiz edilə bilən və ölçüləbilən nəticələr gətirəcək

SEO-nun gətirdiyi faydanı hər addımda izləmək mümkün olacaq.

SEO xidməti aldıqdan sonra satışlar olurmu?

Əgər bir məhsul və ya xidməti satırsansa, SEO biznesin üçün mütləqdir.
Peşəkar şəkildə aparılan SEO işi məhsul və xidmətlərini potensial müştərilərə daha sürətli, dəqiq və düzgün şəkildə çatdırır.
SEO xidməti yalnız satışyönümlü saytlar üçün deyil, marketinq fəaliyyəti aparmayan veb-saytlar üçün də böyük əhəmiyyət daşıyır. Saytın tanınmasını artırır, brend dəyərini yüksəldir və ziyarətçi sayını əhəmiyyətli dərəcədə çoxaldır.
SEO xidməti yalnız satış gətirməklə kifayətlənmir, eyni zamanda brendin tanınmasını artırır və bu da zamanla daha çox satışa gətirib çıxarır.
Bizim müştərilərimizin əksəriyyətində SEO xidməti tətbiqi olunduqdan sonra satışlarda 50%-dən çox artım qeydə alınıb.
Beləliklə, SEO xidməti həm satışları artırmaq, həm də şirkətin onlayn mövqeyini gücləndirmək üçün ən təsirli vasitələrdən biridir.
satışlar
seo

SEO xidmətini nə qədər
müddət almalıyam?

SEO xidməti birdəfəlik edilən texniki iş deyil, davamlı izlənməsi və təkmilləşdirilməsi tələb olunan bir prosesdir. Axtarış sistemlərinin alqoritmləri dəyişdikcə, rəqiblər yeni addımlar atdıqca və bazarda yeni oyunçular meydana çıxdıqca, saytın mövqeyi də təsirlənir. Ona görə də SEO xidməti müntəzəm şəkildə aparılmalıdır.

SEO xidməti sahədən və rəqabət səviyyəsindən asılı olaraq minimum 3-6 ay davam etməlidir. Yalnız bu halda sabit nəticələr əldə etmək və axtarış sistemlərində ön sıralarda qalmaq mümkündür.
seo statistikası

SEO xidməti alarkən nələrə diqqət etməli?

şəffaf hesabat sistemi
SEO xidməti seçərkən nəzərə alınmalı ən vacib meyarlar agentliyin texniki bilik səviyyəsi, əldə etdiyi nəticələr, strateji yanaşma qabiliyyəti və şəffaf hesabat sistemidir.
sabit nəticələr
Unutmaq olmaz ki, SEO xidməti qısamüddətli deyil, uzunmüddətli prosedurdur. Bunu görə də yalnız reytinq artımı deyil, davamlı uğur və sabit nəticələrə fokuslanan agentliklərlə işləmək vacibdir.

SEO xidməti hər biznes üçün uyğundurmu?

Bəli, SEO xidməti demək olar ki, hər biznes üçün uyğundur, çünki internetdə mövcudluq və müştəri cəlbi bütün sahələr üçün vacibdir. Lakin, tətbiq sahəsi və strategiya biznesin növündən və hədəf auditoriyasından asılı olaraq dəyişir.
E-ticarət saytları

E-ticarət saytları:

Məhsulların axtarış nəticələrində ön sıralarda görünməsi satışların artırılması üçün vacibdir.
Xidmət sektoru

Xidmət sektoru:

Lokal SEO və müştəriyönümlü kontent ön plandadır. Eyni zamanda, xidmətləri izah edən, müştərinin suallarına cavab verən kontentlər yaratmaq müştəri ilə əlaqəni gücləndirir.
Bloq və informasiya saytları

Bloq və informasiya saytları:

Ziyarətçi sayını artırmaq və ekspert mövqeyini gücləndirmək önəmlidir. Yəni, hər biznes SEO-dan faydalana bilər, amma strateji yanaşma və prioritetlər fərqli olacaq.
Google axtarışında 1-ci ol – müştərilər ilk səni tapsın!

FAQ`s

SEO xidməti niyə bahadır?
SEO xidməti peşəkar biliklər, detallı analiz, texniki optimallaşdırma və davamlı izləmə tələb edir. Həmçinin dərin analizlər üçün ödənişli alətlərə və keyfiyyətli keçidlərin əldə olunması üçün kifayət qədər büdcəyə ehtiyac var.
SEO və Google reklamlarının fərqi nədir
Əgər qısa zamanda nəticə əldə etmək istəyirsinizsə, Google reklamları effektiv seçimdir. SEO xidməti isə uzun müddətli və ödənişsiz olaraq veb saytınızın axtarış nəticələrində ön sıralara yüksəlməsini təmin edir.
SEO xidmeti ilə təkcə veb saytın trafikini artırırıq?
Xeyr, SEO xidməti yalnız saytın trafikini artırmaqla məhdudlaşmır. Onun əsas məqsədi doğru auditoriyanı cəlb etmək, brend etibarını gücləndirmək və satış və sorğuların sayını artırmaqdır. Yəni SEO yalnız ziyarətçi deyil, potensial müştəri gətirir.
SEO xidməti zamanı axtarışlarda 1-ci sırada çıxacağımın qarantisi var?
Heç bir şəxs və ya təşkilat Google axtarış nəticələrində sıralanmaya zəmanət verə bilməz.
SEO xidməti üçün minimum büdcə nə qədərdir?
SEO xidmətində qiymət layihənin tələbləri, texniki vəziyyəti, məqsədləri və açar sözün çətinlik dərəcəsindən asılı olaraq dəyişir.
SEO xidmeti ilə trafikim artır, lakin satışlarım artmır. Nə etməliyəm?
Trafikin artması, lakin satışların dəyişməməsi adətən konversiya optimallaşdırması ilə bağlı olur. Saytın dizaynı, məzmunu və istifadəçi təcrübəsi satışa yönəldilməlidir. SEO ilə yanaşı, UX/UI və marketinq strategiyası da optimallaşdırılmalıdır ki, ziyarətçilər real müştəriyə çevrilsin.
SEO xidməti nə qədər müddətə nəticə verir
SEO xidməti nəticə göstərmək üçün zaman tələb edən uzunmüddətli bir prosesdir. İlk irəliləyişlər və kiçik dəyişikliklər adətən 3–6 ay ərzində görünməyə başlayır. Saytın texniki vəziyyəti, açar sözlərin çətinliyi və rəqiblərin gücü nəticələrin sürətini təsir edir. Daha sabit və davamlı nəticələr üçün isə 6–12 ay ərzində optimizasiya və düzgün strategiyaların davamlı tətbiqi vacibdir.
Niyə SEO xidmətindən gec nəticə alırıq?
SEO xidmətindən nəticə gec görünə bilər, çünki axtarış motorları sayt dəyişikliklərini dərhal indeksləmir. Rəqabət, saytın texniki vəziyyəti və kontent strategiyası da nəticələrin sürətinə təsir edir. Həmçinin, SEO davamlı optimizasiya tələb edən uzunmüddətli bir prosesdir.
SEO xidmətini veb sayt hazırlanandan sonra etmək lazımdır?
Ən idealı SEO-nu sayt hazırlanarkən tətbiq etməkdir, çünki struktur və məzmun elə bu mərhələdə optimallaşdırıla bilər. Lakin sayt artıq hazırdırsa, SEO sonradan da həyata keçirilə bilər və bu halda texniki və məzmun təkmilləşdirmələri edilir. Yəni SEO həm hazırlıqda, həm də sonradan mümkündür, sadəcə yanaşma fərqli olur.

Bloqlar

SEO-nun əsas anlayışları: Hər kəsin bilməli olduğu terminlər

SEO (Search Engine Optimization) — vebsaytların axtarış sistemlərində daha yaxşı sıralanması üçün görülən optimallaşdırma işləridir.

2025-ci il üçün ən vacib SEO statistikalara baxış

SEO dünyası daim dəyişir, buna görə də son statistikaları izləmək uğurlu strategiya qurmaq üçün çox vacibdir.Məsələn, son araşd...

SEO Analytics nədir və niyə nəticələrinizi ölçmək vacibdir?

SEO Analytics — saytınızın axtarış sistemlərindəki performansını izləmək və optimallaşdırmaq üçün istifadə olunan analitik məlumatların toplanması və təhlilidir.