Услуги SMM

SMM xidməti

SMM xidməti (Sosial Media Marketinqi) biznesin məhsul və xidmətlərini sosial şəbəkələr vasitəsilə tanıtmaq, auditoriya ilə əlaqə qurmaq və satışları artırmaq məqsədi daşıyan rəqəmsal marketinq növüdür.
SMM xidməti təkcə post paylaşmaqdan ibarət deyil — səhifələrin dizaynı, idarə edilməsi, strateji yanaşma, sadiq izləyici auditoriyasının formalaşdırılması və ağıllı hədəfləmə ilə kampaniyaların effektivliyini maksimuma çatdırmağa kömək edir.
Uğurlu nəticə üçün hədəf kütlə analiz edilir, onların davranış və platforma seçimi öyrənilir, bu məlumatlar əsasında məqsədyönlü strategiya və kontent planı qurulur.
Beləliklə, SMM xidməti reklam xərclərini optimallaşdırır, effektivliyi artırır və yeni müştəriləri biznesə cəlb etməyin ən sürətli yoluna çevrilir.
SMM xidməti

SMM xidməti almaq nə üçün vacibdir?

SMM xidməti
  • Brendi tanıtmaq
  • Müştəriləri artırmaq və daha çox insanın qarşısına çatmaq
  • Potensial müştəriləri səhifəyə cəlb etmək
  • Müştərilərlə səhifə vasitəsilə daima əlaqədə qalmaq
  • Müştəri loyallığını artırılmaq
  • Satışları artırmaq

SMM xidmətinə nələr daxildir?

Bazar təhlili və hesab auditi

SMM-ə başlamazdan əvvəl bazar araşdırması aparır, rəqibləri və müştəri auditoriyasını təhlil edir və ən effektiv strategiyanı müəyyənləşdiririk.

SMM strategiyası

Biznes məqsədlərinə və onun məhsul və ya xidmətlərinin xüsusiyyətlərinə əsaslanan strategiyanı formalaşdırır, uyğun sosial platformaları seçir və izləyicilərin cəlb edilməsi üçün uyğun taktikalar tapırıq.

Məzmun yaradılması və paylaşımı

SMM xidmət paketindən asılı olaraq müəyyən sayda və formatda vizual materiallar hazırlayır, post mətnləri yazır, məzmunu hər platformaya uyğunlaşdırırıq.

Optimallaşdırılmış reklamlar

Minimum reklam xərci ilə maksimum nəticə əldə etmək üçün reklam kampaniyalarını optimallaşdırırıq.

Analitika və hesabatlar

SMM nəticələrinin müntəzəm izlənməsi üçün əsas göstəricilər (reach, engagement, izləyici sayı, satışlar və s.) üzrə mütəmadi hesabatlar təqdim edirik.

Brend imicinin formalaşdırılması

Brendin fərqli görünməsi və yadda qalması üçün vahid brend üslubu yaradırıq.

Markol olaraq,

müştərilərimizin sosial media ehtiyaclarının effektiv həllinə fokuslanırıq. Bunun üçün Instagram, Facebook, LinkedIn, YouTube və TikTok kimi sosial media platformaları arasından ən uyğun olanları seçir, nəyi nə zaman paylaşmalı olduğumuzu və brendin auditoriya qarşısında necə çıxış etməli olduğunu müəyyənləşdiririk. Bütün bu proses sosial media auditi və hədəf auditoriyanın dərin analizi əsasında həyata keçirilir.

Unutmayın, nəticələrimiz təkcə sizin deyil, həm də bizim reputasiyamızı formalaşdırır, ona görə də biz həmişə mükəmməlliyə can atırıq.