Qiymət dizayn, səhifə sayı və funksionallıqdan asılıdır. Sadə saytlar 500 AZN-dən başlayır, kompleks layihələr isə ayrıca hesablanır.
Veb-sayt hazırlandıqdan sonra dəstək göstəriləcəkmi?
Sayt təhvil verildikdən sonra 3 ay müddətində yaranan texniki problemlər bizim tərəfdən ödənişsiz həll olunur. Əlavə yeni funksionallıqlar bu dəstəyə daxil deyil, lakin mövcud sistemdə problem demək olar ki, yaranmır.
Veb-sayt nə qədər vaxta hazırlanır?
Veb-saytın hazırlanma müddəti funksionallığından və mürəkkəbliyindən asılıdır. Sadə saytlar adətən bir aya, daha geniş funksiyalı layihələr isə bir neçə aya tamamlanır.
Sonradan saytıma yeni funksiyalar əlavə edə və dizaynını dəyişə bilərəmmi?
Bəli, sayta sonradan yeni funksiyalar əlavə etmək və dizaynını dəyişmək mümkündür. İstənilən yeniliklərə uyğun olaraq sayt genişləndirilə və modernləşdirilə bilər.
Sayt mənə təhvil verildikdən sonra necə idarə edəcəm?
Sayt təhvil verildikdən sonra idarə prosesi sadə dildə izah ediləcəkdir. Bu sayədə məzmun əlavə etmək və yeniləmək rahat şəkildə mümkün olacaq.